Azərbaycanda 70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb


Digərləri 08 İyn 2018 19:32:00 235 0

Azərbaycanda 70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

Azərbaycanda 70 mindən çox istifadəçi ilin əvvəlindən zərərli proqram təminatlarının hücumuna məruz qalıb

Bakı. Azərbaycanda “Kaspersky Lab”ın həlləri ilə müdafiə olunan 70 mindən çox istifadəçi ilin əvvəlindən müxtəlif zərərli proqram təminatları tərəfindən hücuma məruz qalıb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu barədə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib. Bu ilin may ayında Azərbaycanda istifadəçilərin 22%-i zərərli proqram təminatları tərəfindən internetdən hücuma məruz qalıb, 28%-i isə bu cür təhlükələrlə, məsələn, fleş-kart istifadəsi zamanı qarşılaşıb.