"Siyasi, iqtisadi, demoqrafik böhran Ermənistanı süquta aparır" FOTO


Dünya 08 İyn 2018 19:23:26 125 0

"Siyasi, iqtisadi, demoqrafik böhran Ermənistanı süquta aparır"  FOTO

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, Beynəlxalq Konfransda dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib.

Konfransı giriş sözü ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə çağırıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhdid olduğunu bildirib. Politoloq R.Qonaqov Prezident İlham Əliyevin bu istiqamətdə yaxın günlərdə söylənilən fikrini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid vardı. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir. Azərbaycanın sülh təkliflərinə qulaq asmayacaqlarsa, torpaqlarımız güc yolu ilə azad ediləcək".

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. S.Novruzov bildirib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki danışıqlar prosesində vəziyyəti" mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq. Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Ermənistan-Azərbaycan-Dağlq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, bu proses illərdir davam edir. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmalıdır. Amma hələ bunun nəticəsi gürünmür. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özlərini pis duruma salıblar və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov "Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq münasibətlər sistemində" mövzusunda geniş çıxış edib. O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz iğşal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır. Bunu bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bilir. İndiki mərhələdə Ermənistana sanksiyalar tətbiq edilməlidir ki, BMT-nin Qətnamələri icra edilsin. Ffilologiya elmləri doktoru, ekspert Rövşən Məmmədov isə "Cənubi Qafaz regionu: erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər" mövzusunda məruzə edib. Natiq bildirib ki, Ermənistanın işğalçılıq siyasəti keçmişdə də, indi də təkcə bizim üçün deyil, bütün region üçün təhdid olub və qalmaqda davam edir. Bununla bağlı tarixi faktları sadalamaqla bitmir. İstər ötən əsrin əvvəllərində, istər 1918-20-ci illərdə, istərsə 1948-50-ci illərdə, istərsə də 1988-ci ildən üzübəri bu siyasət davam etdirilir. Nəticədə regionda humanitar fəlakətin bitməsinə imkan verilmir". İsrailli beynəlxalq ekspert Arye Qut isə "Erməni separatizmi və onun törətdiyi təhlükələr İsrail mətbuatında" mövzusunda konfrans iştirakçılarına məlumat verib. O, bildirib ki, ermənilər hər zaman təxribatla məşğul olublar və öz siyasətlərini dünya tərəfindən qəbul etdirməyə də çalışıblar. İsrail mətbuatında ermənilərin məkrli niyyətlərini ifşa edən çoxsaylı yazılar və məqalələr dərc edilir. Qondarma erməni soyqırımı iddiası ilə bağlı da son zamanlar çoxlu yazılar dərc edildi və İsrail parlamenti bu soyqırımın tanınması ilə bağlı müraciəti öz gündəliyindən çıxardı. Məruzələrə yekun vuran Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev bu kimi beynəlxalq konfransların keçirilməsinin ölkəmizin və regiounun təhlükəsizliyi istiqamətində əhəmiyyətindən danışdı. Administrasiya rəsmisi ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəltdi. O, bildirdi ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapmışdır. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti region üçün böyük təhlükə, ciddi təhdid mənbəyidir. Məruzə ətrafında Millət vəkili, siyasi elmlər doktoru professor Hikmət Məmmədov, Millət vəkili politoloq Rasim Musabəyov, Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva, Millət vəkili, politoloq Aydın Mirzəzadə, Türkiyəli alim və ekspert Çiğdəm Şahin, politoloqlar Nəzakət Məmmədova və Mübariz Əhmədoğlu cıxış edərək bildiriblər ki, Ermənistanın Cənubi Qafqaz xalqları üçün davam etdirdiyi aqressiv, antihumanist siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalı, erməni separatzminin qarşısının alinmasında yaxından iştirak etməlidirlər. Bunun üçün kifayətdir ki, Cənubi Qafqazın bütün media vasitələri-sosial şəbəkələr, bütünlükdə isə hər bir vətandaş separat təhdidlərlə mübarizədə özünü dördüncü hakimiyyət- KİV nümayəndəsi hesab etsin. Millət vəkilləri və politoloqlar cıxışlarında Ermənistanın danışıqlarda sərgilədiyi qeyri-konstruktiv mövqeyinin özlərinin əleyhinə işlədiyini, siyasi və iqtisadi tənəzzülə gətirib cıxardığını konkret faktlarla konfrans iştirakçlarının diqqətinə çatdırıblar. Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib. Tədbirin sonunda Beynəlxalq Konfransın iştirakçıları adından Ermənistanın Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair Bəyanat qəbul edildi.

Səidədən yeni FOTOSESSİYA like
  • 08 İyn 19:22  
Şou-biznes Səidədən yeni FOTOSESSİYA

Müğənni Səidə Sultan fotokamera qarşısına keçib.

arrow Ətraflı
FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edib like
  • 08 İyn 19:20  
Digərləri FHN çimərlik mövsümü ilə əlaqədar matros-xilasedici vəzifəsinə müsabiqə elan edib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda

arrow Ətraflı
Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqlayıb like
  • 08 İyn 19:11  
Digərləri Azərbaycan-İran avtomobil zavodu istehsalat planlarını açıqlayıb

Neftçala sənaye zonasında yerləşən “Khazar” Azərbaycan-İran avtomobi

arrow Ətraflı
3 illik sevgi bitdi? like
  • 08 İyn 19:10  
Digərləri 3 illik sevgi bitdi?

Türkiyəli aktyor Burak Deniz və aktrisa Büşra Develi cütlüyünün ayrılm

arrow Ətraflı
BMAM beynəlxalq konfrans keçirib (FOTO) like
  • 08 İyn 19:04  
Digərləri BMAM beynəlxalq konfrans keçirib (FOTO)

"Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlü

arrow Ətraflı
Bergüzar Korelin son halı təəccübləndirdi  FOTO like
  • 08 İyn 19:04  
Digərləri Bergüzar Korelin son halı təəccübləndirdi FOTO

Bergüzar Korel son halı ilə pərəstişkarlarını heyrətləndirib

arrow Ətraflı
İki gənc mərcə girib qonşunu zorladı like
  • 08 İyn 18:54  
Dünya İki gənc mərcə girib qonşunu zorladı

Rusiyanın Ryazan vilayətində iki gənc oğlan mərcə görə qonşu qadını

arrow Ətraflı
"Aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir"  FOTO like
  • 08 İyn 18:50  
Digərləri "Aparıcı heç vaxt özünü ağıllı göstərməməlidir" FOTO

Aqşin Kamal: "Bəzi jurnalistlərin "getmərəm" dediyi yerlərd

arrow Ətraflı
Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub like
  • 08 İyn 18:49  
Digərləri Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə

arrow Ətraflı
İranın mədəniyyət naziri Azərbaycana gələcək like
  • 08 İyn 18:49  
Digərləri İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni Azər

arrow Ətraflı
Prezident İlham Əliyev Böyük Britaniya kraliçasını təbrik edib like
  • 08 İyn 18:48  
Siyasət Prezident İlham Əliyev Böyük Britaniya kraliçasını təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliças

arrow Ətraflı
Galatasaray-da 10 futbolçu göndərilir like
  • 08 İyn 18:47  
İdman Galatasaray-da 10 futbolçu göndərilir

Galatasaray müqaviləsi başa çatan 7 futbolçu ilə yeni anla

arrow Ətraflı
Keyt Apton dünyanın ən seksual modelidir  "Maxim"  FOTO like
  • 08 İyn 18:45  
Digərləri Keyt Apton dünyanın ən seksual modelidir "Maxim" FOTO

Məşhur model Keyt Apton maqazin jurnalı "Maxim" tərəfindən düny

arrow Ətraflı
TAP konsorsiumu İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək like
  • 08 İyn 18:42  
Digərləri TAP konsorsiumu İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək

Transadriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium İtaliya hökum

arrow Ətraflı
Prezident İlham Əliyev Böyük Britaniya kraliçasını təbrik edib like
  • 08 İyn 18:41  
Digərləri Prezident İlham Əliyev Böyük Britaniya kraliçasını təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliças

arrow Ətraflı