BMAM beynəlxalq konfrans keçirib (FOTO)


Digərləri 08 İyn 2018 19:04:28 239 0

BMAM beynəlxalq konfrans keçirib (FOTO)

"Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirilib.

Bakı. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi" mövzusunda Beynəlxalq Konfrans keçirib. Trend-in məlumatına görə, Beynəlxalq Konfransda Dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkə səfirliklərinin nümyəndələri media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak edib. Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov açaraq konfrans iştirakçılarını salamlayıb. O, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan artıq məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhdid olduğunu bildirib. Politoloq Rufiz Qonaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə yaxın günlərdə söylənilən fikrini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb: "Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid vardı. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir. Azərbaycanın sülh təkliflərinə qulaq asmayacaqlarsa, torpaqlarımız güc yolu ilə azad ediləcək".