Galatasaray-da 10 futbolçu göndərilir


İdman 08 İyn 2018 18:47:00 301 0

Galatasaray-da 10 futbolçu göndərilir

Galatasaray müqaviləsi başa çatan 7 futbolçu ilə yeni anlaşma imzalamayacaq. Goal.az xəbər verir ki, Eray İşcan, Latovleviçi, Umut Gündoğan, Hakan Balta, Sedrik Karrasso və Yasin Öztekinin gedəcəyi dəqiqləşib. Eren Derdiyok, Tolqa Ciğerci və Tarık Camdal növbəti mövsüm baş məşqçi Fatih Terimin planlarına daxil deyil. Bu 3 futbolçu özünə yeni klub tapmasa, onların müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Bununla Galatasaray rəhbərliyi yeni futbolçular üçün 10 milyon avro büdcə formalaşdıracaq. Maykona görə yaxşı təklif gəlsə, onun satılacağı gözlənilir.