Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub


Digərləri 08 İyn 2018 18:49:24 273 0

Bakıda “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı olub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib.

Bakı. “LİBRAFF Park Akademiya” kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitablarının sərgisinə həsr edilən tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov “LİBRAFF Park Akademiya” kitab mağazasının açılmasının ölkəmizdə kitab ticarətinin inkişaf etdirilməsi məqsədi daşıdığını vurğulayıb: “Bu kitab mağazası Milli Elmlər Akademiyasının, bir sıra böyük təhsil ocaqlarının yerləşdiyi ərazidə fəaliyyət göstərəcək. Yəni, tələbələr çox rahatlıqla bu kitabxananın xidmətlərindən istifadə edə biləcəklər”.