TAP konsorsiumu İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək (ÖZƏL)


Digərləri 08 İyn 2018 18:29:00 262 0

TAP konsorsiumu İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək (ÖZƏL)

Transadriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək

Bakı. Ləman Zeynalova – Transadriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək. Bunu Trend-ə TAP-ın əlaqələr bölməsinin rəhbəri Liza Givert deyib. O bildirib ki, İtaliya vətəndaşlarına və ölkədəki müəssisələrə bu layihənin məşğulluq, gəlirlər və təbii qaz qiymətlərinin ucuzlaşması baxımından vacibliyini çatdırmaq lazımdır.