Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini açıqlayıb


Digərləri 08 İyn 2018 18:34:00 303 0

Elmin İnkişafı Fondu “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin nəticələrini açıqlayıb

Prezident yanında Elmin İnkişafı Fondu birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Bakı. Prezident yanında Elmin İnkişafı Fondu birinci “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Fonddan Trend-ə verilən məlumata görə, müsabiqə 2016-cı ilin dekabrın 28-də elan olunub. Qrant layihələri 2017-ci il 05 yanvar – 28 fevral tarixləri arasında müsabiqəyə daxil olub. Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə Azərbaycan tərəfindən 138 layihə təqdim edilib. Layihələrin texniki ekspertizası təşkil olunub, müsabiqə qaydaları və tələblərinə cavab verməyən 4 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 133 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Müsabiqənin nəticələrinə əsasən, “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsi çərçivəsində 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək - 51.45% olub. Fizika-riyaziyyat və texnika elmləri üzrə 21, kimya elmləri üzrə 11, Yer haqqında elmlər üzrə 9, biologiya, tibb və aqrar elmləri üzrə 11, humanitar və ictimai elmlər üzrə isə 17 layihə qalib elan edilib. Layihələrin maliyyələşdirilmə həcmi 25-95 min manat arasında dəyişir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 4 milyon 090 min manat təşkil edib.