Rusiya qırıcıları Suriyanı bombaladı,


Dünya 08 İyn 2018 18:18:00 328 0

Rusiya qırıcıları Suriyanı bombaladı,

Rusiya qırıcılarının Suriyanın İdlib bölgəsinin Zerdene kəndini bombalaması nəticəsində 44 dinc vətəndaş ölüb, onlarla insan yaralanıb.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Haqları Müşahidə evi yayıb.

Bildirilib ki, bölgədə həkim və dərman perepatı çatışmır.

Rusiyanın Müdafiə Nazirliyindən isə bildirilib ki, həmin bölgədə döyüş təyyarələri uçmur. Nazirliyin məlumatına görə, Rusiya qırıcıları Zerdene kəndinə havadan zərbə endirməyib. Nazirlikdən qeyd edilib ki, hadisə Nusra Cəbhəsi ilə müxalifət arasında atışma nəticəsində baş verib.