"Azərbaycanda 3 klubun prezidenti var"


İdman 08 İyn 2018 17:54:00 263 0

"Azərbaycanda 3 klubun prezidenti var"

"Azərbaycan kubokunda qələbə mənim üçün ilk titul deyil".

Goal.az xəbər verir ki, bu sözləri Keşlə-nin baş məşqçisi Yuri Maksimov deyib. Ukraynalı mütəxəssis Azərbaycan futbolu barədə maraqlı fikirlər səsləndirib:

"Azərbaycan mənim üçün yeni ölkədir. Orda fərqli futbol və yanaşma var. Düşünürəm ki, Azərbaycan keçirdiyim 5 ay ərzində çox şeyə nail oldum. Orda mentalitet də fərqlidi. Biz futbolçulara istirahət etmək, gəzmək imkanı veririk. Ancaq Azərbaycanda hər şey rejimlədi. AFFA çempionatın 5 komandasını himayəsinə götürüb. Digər 3 klubun isə öz himayədarları var". 

Qeyd edək ki, Yuri Maksimov Keşlə ilə yeni 1 illik müqavilə imzalamağa razılıq verib