"Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra akademiya əlavə vəsait qazanacaq"


Digərləri 08 İyn 2018 17:34:07 291 0

"Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra akademiya əlavə vəsait qazanacaq"

Azərbaycan elmində fizika, biologiya və riyaziyyat istiqamətləri inkişaf etməlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib.

A.Əlizadənin sözlərinə görə, qarşıdakı illərdə regionalyönümlü layihələrə, tədqiqatlara üstünlük veriləcək və onlar AMEA tərəfindən dəstəklənəcək.

Azərbaycanda innovativ elmin inkişaf etdirilməsini vacib sayan A.Əlizadə əlavə edib ki, Azərbaycan alimləri ilk növbədə özünü doğruldan Avropa layihələrində iştirak etməlidirlər: "Bu layihələrdə alimlərin iştirakı Azərbaycan elminin dünya fundamental elminin ön sıralarında iştirakına zəmin yaradır".