Əməliyyat edilməsə, kor qalacaq


Digərləri 08 İyn 2018 17:39:00 266 0

Əməliyyat edilməsə, kor qalacaq

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 57, mənzil 32 ünvanında yaşayan I qrup gözdən əlil Əzizov Zamir Əzizağa oğlu gözlərindən əməliyyat olunmalıdır. Anası Solmaz xanımın sözlərinə görə, əgər 33 yaşlı oğlu vaxtında əməliyyat olunmasa, ömürlük kor qalacaq.

Onun sözlərinə görə, Zamirin gözünün əmliyyatı üçün 17 min manat pul lazımdır. Ailə artıq uzun müddətdir ki maddi çatışmazlıqdan əziyyət çəkdiyindən bu qədər pulu ödəmək imkanında deyil. Ona görə də bu məqsədlə imkanlı şəxslərdən yardım diləyirlər.

Əgər yardım edilməsə, 32 yaşlı şəxs ömürlük kor ola bilər  Xatırladaq ki, Z.Əzizovun anası Solmaz xanım düz 1 il əvvəl əvvəl də Son.az-a müraciət edərək cavan oğlunun müalicəsi üçün lazım olan məbləğin yığılmasına yardım edilməsini istəmişdi. Onun sözlərinə görə, əgər əməliyyat üçün lazım olan məbləğ vaxtında yığılmasa, Zamir ömürlük kor ola bilər:

"Oğlum həm ümumi fiziki, həm də gözdən əlildir. Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyinə tutulub, gözün buynuzlu qişası artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum-qonşunun maddi köməyi ilə əməliyyat baş tutdu. Lakin bizə bildirdilər ki, bu, hələ əməliyyatın ilkin mərhələsidir, ikincisi də olmalıdır. İkinci əməliyyat isə Türkiyənin İstanbul şəhərindəki klinikalarından birində həyata keçiriləcək. Bunun üçün 17.000 AZN məbləğində pul vəsaiti tələb olunur. Əgər yaxın 3 ay ərzində bu məbləği yığa bilməsək, oğlumun gözlərini qurtarmaq artıq mümkün olmayacaq.

Ailəmizdə beş əlil var - özüm oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. Bir ana kimi az-çox imkanı çatan bütün şəxslərə yardım etmələri üçün yalvarıram. Bu məbləğ yığılmasa mənim oğlum əbədi kor qala bilər. Çox xahiş edirəm, rəhminiz gəlsin, oğlumu xilas edin. Oğlum göz görə-görə qaranlığa qərq olmasın. Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Allah dadınıza yetsin! AMİN!"

Qeyd edək ki, maddi yardım etmək istəyənlər bunu həm telefonla əlaqə saxlayaraq birbaşa, həm də bank hesabına köçürməklə edə bilərlər.

Bank rekvizitləri:

Hesab: AMRAHBANK ASC  "Həzi Aslanov" filialı