Zakir Həsənov: Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün səyləri bundan sonra da dəstəkləyəcək (FOTO)


Digərləri 08 İyn 2018 16:50:00 251 0

Zakir Həsənov: Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün səyləri bundan sonra da dəstəkləyəcək (FOTO)

Zakir Həsənov NATO-nun toplantısında iştirak edib.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlər müzakirə olunub.