Tələbələr “Zaferoğlu İnşaat”da təcrübə keçir


Digərləri 08 İyn 2018 16:26:15 518 0

Tələbələr “Zaferoğlu İnşaat”da təcrübə keçir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq” və “Dizayn” fakültələrinin 2-ci kurs tələbələri “Zaferoğlu İnşaat” MMC-də təcrübə keçirlər.

Bakı. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) “Memarlıq” və “Dizayn” fakültələrinin 2-ci kurs tələbələri “Zaferoğlu İnşaat” MMC-də təcrübə keçirlər. Şirkətdən Trend-ə verilən məlumata görə, həm ADRA-nın müəllimi, həm də “Zaferoğlu İnşaat”ın icraçı direktoru olan Firdovsi Baxışov tələbələrinə təhsil müəssisəsində öyrətdiyi nəzəri bilikləri əyani şəkildə həyata keçirmək imkanı yaradıb. Təcrübə prossesinə şəxsən F.Baxışov özü rəhbərlik edərək, tələbələri şirkətin inşaat meydançasına aparıb. Gələcəyin memarları armaturların toxunması və ara məsafələri, bünövrədən sütunların çıxıntısı, örtük tavaları, rigerlərin yığılması haqqında məlumat alıblar. F.Baxışov inşaat meydançasında tələbələrə il ərzində keçdiyi dərsləri əyani formada izah edib və onları maraqlandıran sualları cavablandırıb.