Moskvada Paşinyanın komandasına həddini izah ediblər


Siyasət 08 İyn 2018 15:44:00 314 0

Moskvada Paşinyanın komandasına həddini izah ediblər

Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasına çərçivələri izah edir.

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanın Moskva səfərini izah edərkən bildirib.

Politoloqun fikrincə, artıq ermənilər başa düşülər ki, Dağlıq Qarabağ problemi həll olmadan Ermənistanın inkişafı mümkün deyiı: "Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyan iyunun 7-də rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşdükdən sonra Rusiyanın "Kommersant" qəzetinə geniş müsahibə verib. Müsahibədə deyilənlərin çoxunu erməni rəsmilərin və diplomatların dillərindən illərdir eşidirik. Ancaq rusiyalı jurnalistin iki sulına verilən cavaba diqqət yetirməyə dəyər. Birinci sual: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadan güclü və stabil Ermənistanın varlığı mümkündürmü?" Erməni nazirin cavabındakı ilk cümlə belədir: "Tamamilə doğru deyirsiz". Yəni erməni nazir faktiki etiraf edir ki, münaqişə həll olunmadan Ermənistanın sabit və güclü olması mümkün deyil. İkinci sual: "Ermənistan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünə mane ola bilərmi?" Erməni nazir sualdan qaçmağa çalışsa da, jurnalist ondan əl çəkmir. Yekundə erməni nazir bunu deyir: "Biz veto hüququndan istifadə edəcəyik".

Beləliklə, baş nazir Nikol Paşinyanın Soçiyə gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi və xarici işlər naziri Zöhrab Mnatsakyan Moskvaya gedərək Lavrov qarşısında hesabat verməsi İrəvanın xarici siyasətində dəyişiklik olmadığını göstərir. Soçidə və Moskvada Ermənistanın yeni hakimiyyətinə çərçivələri göstəriblər və bundan kənara çıxa bilməyəcəyini anladıblar".

E.Şahinoğli AİB-ə üzvlüklə bağlı məsələyə də aydınlıq gətirib: "O ki qaldı Ermənistanın Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünə mane olmasına, birincisi Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Azərbaycanın Ermənistanla eyni iqtisadi məkanda varlığı mümkün deyil. İkincisi, hipotetik olaraq Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzvlük istəyini bildirsə, Rusiya Ermənistana Azərbaycana qarşı veto hüququndan istifadə etməyə imkan verməyəcək. Çünki Rusiyaya Avrasiya İqtisadi Birliyində daha çox üzv lazımdır".

İlkin İzzət Son.az