Arvadının dostu ilə sevgili olduğunu öyrəndi


Dünya 08 İyn 2018 15:00:26 309 0

Arvadının dostu ilə sevgili olduğunu öyrəndi

Türkiyənin Bursa şəhərində bir həkimin ağır yaralı olaraq xəstəxanaya çatdırılan şəxsə xərək üzərinə çıxaraq ürək masajı etdiyi görüntülər hər kəsi təəccübləndirib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, yaralı şəxs Osman C.-nin gizli görüşdüyü qadın Derya Ç.-nın əri Emin Ç. tərəfindən bıçaqlandığı ortaya çıxıb.   Fevral ayında qeydə alınan qanlı olayda ürəyinin altından bıçaqlanaraq ağır yaralanan Osman C. çatdırıldığı dövlət xəstəxanasında ürəyi dayanınca təcili yardım həkimi köməyinə çatıb. Osman C. xərəyə çıxan həkimin dəqiqələrlə davam edən ürək masajı sonrası həyatda qalıb.

Emin Ç. saxlanılıb. 

""SƏNİN ARVADIN ARTIQ MƏNİM ARVADIM" DEDİ, BIÇAQLADIM"

Emin Ç. arvadının onunla görüşdüyünü ilk dəfə eşitdiyində tərəflərin üzr istəyib, peşman olduqlarını dilə gətirdiklərini deyib. Lakin onların gizlin şəkildə yenidən görüşdüklərini eşidib. Hadisə günü dalaşdığı arvadı Derya Ç-nin evi tərk edib Osman C-nın yanına getdiyini və Osman C-nin ona zəng edib "Sənin arvadın artıq mənim arvadım" dediyini, bu sözə görə bıçaqladığını etiraf edib.