Ceyranbatanda bağlardan oğurluq edənlər tutuldular


Digərləri 08 İyn 2018 14:45:00 243 0

Ceyranbatanda bağlardan oğurluq edənlər tutuldular

DİN-in "102-Zəng Mərkəzi" Xidmətinə müraciət edən K.Balakişiyeva Ceyranbatan bağlar sahəsindəki evindən oğurluq edildiyini bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və iyunun 3-dən 7-dək olan müddətdə evdən 50 metr elektrik naqili və məişət əşyalarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər də məhkum olunmuş Emil Hümbətzadənin digər cinayət əməllərinin də üstü açılıb. Onun Yaşıldərə bağlar sahəsində daha 9 evdən pul, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyən edilib.