AMEA prezidenti vəzifəsinə yenidən Akif Əlizadənin namizədliyi irəli sürüldü


Digərləri 08 İyn 2018 14:46:00 255 0

AMEA prezidenti vəzifəsinə yenidən Akif Əlizadənin namizədliyi irəli sürüldü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırki prezidenti Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda prezident vəzifəsinə namizəd kimi akademik Akif Əlizadənin adının gizli səsvermə büllleteninə daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.