Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır FOTO


Digərləri 08 İyn 2018 14:02:41 374 0

Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır  FOTO

Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan "Khazar" avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ilk sifarişçilər dövlət strukturları - İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.

E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə "Khazar SD" və "Khazar LD" modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.


Xəbərə aid fotolar