Bakıda evdən 70.000 dollar oğurlandı FOTO


Digərləri 08 İyn 2018 13:50:00 321 0

Bakıda evdən 70.000 dollar oğurlandı  FOTO

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri -  Elgün Yusifov, Elşad Namazov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub. Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.


Xəbərə aid fotolar