Bakıda 20 manatlıq yeməklər 5 manata satılacaq "Summer Food Fest"


Digərləri 08 İyn 2018 13:55:00 341 0

Bakıda 20 manatlıq yeməklər 5 manata satılacaq  "Summer Food Fest"

İyunun 15-dən 1 iyula kimi İçəri Şəhərdə, Bakıda ən iri küçə yeməyi festivalı olan “Summer Food Fest” keçiriləcək

Yay mövsümünün ən qızğın vaxtıdır və lap tezliklə, iyunun 15-dən 1 iyula kimi İçəri Şəhərdə, Bakıda ən iri küçə yeməyi festivalı olan "Summer Food Fest" keçiriləcək.

Biz layihənin təşkilatçısı Aylin Seyidova ilə danışa və hazırlıq işlərinin necə getdiyini öyrənə bildik. Aylin Seyidova əsl yemək festivalının necə keçirilməli olduğunu izah etdi!

Şayiə № 1 - Pulsuz yemək. Həqiqətdə isə yeməklərin münasib qiymətləri.

Festival iştirakçılarının menyusunda əsas özəllik münasib qiymətlər olacaq. Məsələn, adi vaxtda 20 manat olan yemək festival çərçivəsində onun "street food" versiyası sizə cəmi 5 manata başa gələcək. Bununla yanaşı, bütün restoranlar zəhərlənmə və digər qəbuledilməz halları istisna edərək keyfiyyətin yüksək səviyyəsinə və qida təhlükəsizliyinə ciddi əməl edirlər.

Şayiə № 2- Darıxdırıcı konsertlər. Həqiqətdə isə trend musiqi və interaktiv əyləncələr.

Komandamız ölkənin ən yaxşı DJ şəbəkələrindən ibarət gündəlik marafon, "Indian Night", "Jazz Night", "Voice of Summer Food Fest" və s. tematik gecələr planlaşdırıb. Yarım ay ərzində fasiləsiz bayram yaşayacaqsınız!

Şayiə № 3- Qarışıqlıq. Həqiqətdə isə yeni tanışlıqlar və ünsiyyət.

Komandamız tədbir zamanı hər yerdə təhlükəsiz və mehriban ab-havanın hökm sürməsi üçün əlindən gələni edir. SFF-nin iştirakçısı olmaq böyük "food&beverage" ailəsinin bir hissəsi olmaq deməkdir. Bu ailədə tərəfdaşlar və qonaqlar belə festivalların əhəmiyyətini bilirlər və başa düşürlər, habelə hər mövsüm bu təşəbbüsü dəstəkləyirlər. Məhz əyləncələrin müxtəlifliyi sayəsində festivalda həm uşaqlar, həm də onların valideynləri şən vaxt keçirəcəklər.


Xəbərə aid fotolar