Rusiyanın yeni səfiri Azərbaycana gəlib


Siyasət 08 İyn 2018 13:42:00 241 0

Rusiyanın yeni səfiri Azərbaycana gəlib

Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov bu gün səhər saatlarında Bakıya gəlib.

Son.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.

O, daha sonra bu barədə əlavə məlumatın veriləcəyini deyib.

Qeyd edək ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

M. Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub

O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.