Əcnəbilər Azərbaycana girişçıxışlarına məhdudiyyət qoyulubqoyulmamasını elektron qaydada öyrənəcəklər


Digərləri 08 İyn 2018 13:45:00 356 0

Əcnəbilər Azərbaycana girişçıxışlarına məhdudiyyət qoyulubqoyulmamasını elektron qaydada öyrənəcəklər

İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı  ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər. 

Dövlət Miqrasiya Xidmətindən (DMX) Son.az-a bildirilib ki, qurumun rəsmi saytının (www.migration.gov.az) "Elektron xidmətlər" pəncərəsinə daxil olaraq, "Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla" bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.