Hazard: "Ola bilsin, bizim taleyimiz İngiltərə kimi olmayacaq"


İdman 08 İyn 2018 13:36:00 317 0

Hazard: "Ola bilsin, bizim taleyimiz İngiltərə kimi olmayacaq"

Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard qarşıdakı dünya çempionatı ilə bağlı danışıb. Goal.az xəbər verir ki, Chelsea-nin futbolçusu bunları deyib:

"Biz özümüzü tanıyırıq. Millidə olan futbolçular İngiltərə, İtaliya və İspaniyada çıxış edir. Nə etmək lazımdır, onu bilirik. İngiltərədə 10-15 il öncə "Qızıl heyət" vardı. Amma onlar heç nə qazanmadılar. Mənim fikrimcə, indi azarkeşlər, jurnalistlər və bütün Belçika bizdən titul gözləyir. Ola bilsin, bizim taleyimiz İngiltərə kimi olmayacaq. Baxarıq. Təbii ki, Belçika dünya çempionatına rəng qatacaq. Artıq ilk oyunumuzu gözləyirik. Hazırlığı davam etdiririk. Turnirin startına qədər tam hazır olacağıq".