İmamverdi İsmayılov “Şöhrət” ordeni ilə təltif edildi


Siyasət 08 İyn 2018 13:12:00 293 0

İmamverdi İsmayılov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev İ.İ.İsmayılovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin.