Azərbaycan efirində biabırçılıq:


Şou-biznes 08 İyn 2018 13:18:00 277 0

Azərbaycan efirində biabırçılıq:

Bir neçə gündür efirində dava düşən "Sirdaş Rövşanə" proqramının tam versiyası yayımlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rəqqasələrin qonaq olduğu proqramda onlara əks fikirli olan idmançı dəvət edilib.

Rəqqasələrə hörmət etmədiyini deyən idmançı ilə rəqqasələr arasında söz davası yaşanıb.

Daha sonra Simona adlı rəqqasənin rəqsi zamanı idmançının qulaqcıq taxması və ona baxmaması qonağı qıcıqlandırıb. 

İdmançıya yaxınlaşan Simona onun qulaqcıqlarını dartıb.

Qonaqların gərgin olduğunu görən Rövşanə isə aranı daha da qızışdırıb. O, Simonaya "Sənə çox hörmətsiz yanaşdı" deyərək onu idmançıya qarşı qaldırıb.