“Nizami Gəncəvi adına Qızıl medal” təqdim edildi


Digərləri 08 İyn 2018 13:02:00 265 0

“Nizami Gəncəvi adına Qızıl medal” təqdim edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında "Nizami Gəncəvi adına Qızıl medal"ın təqdim edilməsi mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, medalın verilməsi məqsədilə müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. "Qızıl medal"a layiq görülən namizədlərin adları seçilərək onlar haqqında rəylər daha sonra Rəyasət Heyətinə təqdim edilib.