​“Məni sənətkarlarımız təbrik etdi” VİDEO FOTO


Şou-biznes 08 İyn 2018 12:33:00 262 0

​“Məni sənətkarlarımız təbrik etdi”  VİDEO  FOTO

ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı əməkdar artist Rəşad İlyasov olub.

"Əməkdar artist" fəxri adına layiq görülən Rəşad İlyasov bu adın onun üçün xoş olduğunu və üzərinə kifayət qədər məsuliyyət yükləndiyini etiraf edib: "Bu ad dövlət başçımız tərəfindən bizə verilmiş böyük məsuliyyətdir. Çox xoş oldu. Cumhuriyyətimizin 100 illiyində "Əməkdar artist" fəxri adına layiq görülmək, ümumiyyətlə, təltif edilmək hər bir sənət adamının ürəyincə oldu. Hər dəfə dövlət bayramlarında təltiflər olurdu. Mən də gözləyirdim. Düşünürdüm ki, mənə də versələr, bir az da qürurlanaram. Sənət adamının diqqətə çox ehtiyacı var. Diqqəti, qayğını görəndə insanın işləmə həvəsi də yüksəlir". Musiqi bilicilərinin sənətçiyə zəng vuraraq təbrik etməsi onu çox sevindirib: "Sənətkarlarımız məni təbrik etdi. Arif Babayev zəng vurdu. Çox xoşhal oldum, sevindim. Ramiz Quliyev zəng vurdu. Asəf Zeynallı adına musiqi məktəbini direktoru Nazim müəllim təbrik etdi. Bunlar musiqi biliciləridirlər. Gülyaz və Gülyanaq bacıları, Nazpəri xanım təbrik etdilər. İlk zəng vuran isə Əməkdar artist Lalə Məmmədova oldu". Rəşad İlyasovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto