Cəlilabadda atışanlardan biri tutuldu


Digərləri 08 İyn 2018 12:11:07 213 0

Cəlilabadda atışanlardan biri tutuldu

Ötən gün Cəlilabadda baş vermiş silahlı insidentin iştirakçılarından biri saxlanılıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində İlqar Həsənov tutulub.

Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.     Silahlı insidentin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.   Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.