"Real-ın sahibi Ronaldo deyil"


İdman 08 İyn 2018 12:16:00 294 0

"Real-ın sahibi Ronaldo deyil"

"Real-ın sahibi Ronaldo deyil. klubun prezidenti qərar versə, istənilən futbolçu bizə qoşula bilər". Goal.az xəbər verir ki, bu sözləri Neymarın Real-a mümkün transferi barədə fikir bildirən braziliyalı müdafiəçi Marselo deyib. O, həmuyerlisinin tez bir zamanda Madrid klubuna keçəcəyinə inamını ifadə edib.

"Bəziləri düşünür ki, Ronaldo burda olduğu müddətdə Neymarın transferi baş tutmayacaq. Səhv fikirdir. Bütün futbolçular Ronaldonun komandada qalmasını istəyir. Neymarın üzünə də qapılarımız açıqdır. Dünyanın ən yaxşı futbolçuları Real-da oynamalıdır. 2-3 il öncə dediyim kimi, Neymar da bura gələcək".