Bakıda ağac avtomobilin üzərinə aşdı FOTO


Digərləri 08 İyn 2018 12:10:00 271 0

Bakıda ağac avtomobilin üzərinə aşdı  FOTO

Bakıda iri gövdəli ağac aşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi 78 ünvanında qeydə alınıb. İri gövdəli ağac Pərviz Hüseynova məxsus "Mercedes" markalı, 90 LH 819 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar