ETSNdən marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı XƏBƏRDARLIQ


Digərləri 08 İyn 2018 11:54:00 251 0

ETSNdən marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı XƏBƏRDARLIQ

Marketlərdə satılan sərinləşdirici içkilər Günəş altında saxlanılır və sonradan zərərli məhsula çevrilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.

O qeyd edib ki, qabdakı məhsullar kimyəvi maddəni tərkibinə çəkir: "Biz özümüz bilərəkdən qablardan dəfələrlə istifadə edirik. Polietilen qablaşdırma materialları qlobal problemdir. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir".