Bakı Ali Neft Məktəbi Çin Neft Universitetilə əməkdaşlıq edəcək (FOTO)


Digərləri 08 İyn 2018 11:34:00 265 0

Bakı Ali Neft Məktəbi Çin Neft Universitetilə əməkdaşlıq edəcək (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) nümayəndə heyəti ilə görüşüb.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) nümayəndə heyəti ilə görüşüb. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, görüşdə Çin Neft Universitetinin vitse-prezidenti, professor Dong Zhaoxia, universitetin beynəlxalq təhsil kollecinin dekanı, professor Zhang Yongxue, beynəlxalq ofisinin bölmə rəhbəri Li Lingyun, beynəlxalq təhsil kollecinin tələbələrin axtarışı şöbəsinin əməkdaşı Günay Əliyeva və Ali Məktəbin məsul əməkdaşları iştirak ediblər. Rektor Elmar Qasımov qonaqları Ali Məktəbin kampusunda salamlayaraq onlara BANM haqqında və burada tədris edilən ixtisaslar haqqında informasiya verib. Rektor qeyd edib ki, BANM-da tədris edilən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası ötən il Azərbaycanda “İlin ən nüfuzlu ixtisaslı” seçilib. Rektor həmçinin bildirib ki, hər iki universitetdə tədris ingilis dilində olduğundan BANM ilə Çİn Neft Universiteti arasında tələblər arası mübadilə proqramı rahat şəkildə həyata keçirilə bilər.