Meymun meşəni insandan qorumağa çalışdı VİDEO FOTO


Digərləri 08 İyn 2018 11:20:00 298 0

Meymun meşəni insandan qorumağa çalışdı  VİDEO  FOTO

Erkək oranqutan meşəni qıran insanlara üsyan edib. O, böyük ağacı kökündən çıxaran ekskavatora tərəf gedərək işlərə mane olmağa çalışıb. Amma alınmayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay İndoneziyanın Borneo adasındakı Ketapanq Ricensi bölgəsindəki cəngəllikdə yaşanıb.

Ağacı yıxan ekskavatora tərəf gedən oranqutan maşının çalovunu tutaraq saxlamağa çalışıb. Lakin gücü çatmayanda yıxılıb.

Oranqutan qışqıraraq insanları qovmağa çalışıb.


Xəbərə aid fotolar