Kəmalə Ağazadənin məhkəmə istintaqı başa çatdı


Digərləri 08 İyn 2018 11:15:00 261 0

Kəmalə Ağazadənin məhkəmə istintaqı başa çatdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışa hazır olmadığını və məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib.

Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.