Xarici vətəndaşlar bundan sonra Azərbaycana giriş-çıxışla bağlı məlumatı elektron qaydada öyrənəcək


Digərləri 08 İyn 2018 11:12:00 255 0

Xarici vətəndaşlar bundan sonra Azərbaycana giriş-çıxışla bağlı məlumatı elektron qaydada öyrənəcək

İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər.

Bakı. İyunun 8-dən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərini pozmaları ilə bağlı ölkəmizin ərazisinə girişlərinə və ölkəmizdən çıxışlarına məhdudiyyət qoyulub-qoyulmamasını elektron qaydada öyrənə biləcəklər. Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi saytının (www.migration.gov.az) “Elektron xidmətlər” pəncərəsinə daxil olaraq “Ölkəyə gəliş və ölkədən gedişə məhdudiyyəti yoxla” bölməsini seçib, şəxsin adını, soyadını, doğum tarixini, pasportunun və ya digər sərhədkeçmə sənədinin nömrəsini və vətəndaşlığını daxil edib axtar düyməsini sıxmaqla bu barədə məlumat almaq olar.