Akif Əlizadə: "AMEA bakalavriat səviyyəsi üzrə də təhsil vermək niyyətindədir"


Digərləri 08 İyn 2018 10:58:32 233 0

Akif Əlizadə: "AMEA bakalavriat səviyyəsi üzrə də təhsil vermək niyyətindədir"

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında bütün səviyyələr üzrə təhsil təşkil olunur. Yalnız bakalavriat səviyyəsi üzrə təhsilin təşkili qalıb. Ümid edirəm ki, dövlət başçısı bu məsələyə də dəstək verəcək.

Son.az Trend-ə istainadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib.

O qeyd edib ki, 2017-ci il AMEA-nın həyatında çox əlamətdar il olub.

Bu il Azərbaycanda prezident seçkilərinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirildiyini xatırladan A.Əlizadə əlavə edib ki, bu gün ölkədə fundamental dövlət quruculuğu işləri davam etdirilir.