Millimizin futbolçusu 5 ilədək həbs oluna bilər


İdman 08 İyn 2018 10:53:00 260 0

Millimizin futbolçusu 5 ilədək həbs oluna bilər

Azərbaycan millisinin və İspaniyanın Alcorcon klubunun futbolçusu Eddi İsrafilov həbs oluna bilər.

Goal.az xəbər verir ki, 26 yaşlı hücumçu Eibar-da çıxış etdiyi vaxt komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır.

Zərərçəkənin vəkili İniqo İruinin sözlərinə görə, məhkəmə görüntülərin razılıq olmadan çəkilməsində və yayılmasında Enriç və Lunanı, həmçinin İsrafilovu günahlandırır. 2015-ci ildə Cinayət Məcəlləsində razılıq olmadan və ya yayılmaması üçün çəkiliş etməni qadağan edən dəyişikliyə əsasən, bu, 2 ildən 5 ilədək həbsi nəzərdə tutur.

Oyunçular verdikləri ifadədə bağışlanmalarını xahiş ediblər. Araşdırmalar yekunlaşdıqdan sonra rəsmi qaydada ittiham irəli sürülərək, hökm oxunacaq.