AMEA prezidenti: Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi xeyli artıb


Digərləri 08 İyn 2018 10:57:05 254 0

AMEA prezidenti: Son 5 ildə tətbiqi tədqiqatların səmərəliliyi xeyli artıb

Son 5 ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb.

Bakı. İlhamə İsabalayeva - Son 5 ildə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tətbiqi tədqiqatların səmərəliliyi mühüm dərəcədə artıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti Akif Əlizadə bildirib. O qeyd edib ki, beş il əvvəl AMEA-da elm və istehsalat arasında əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri kimi qəbul olunub: "Bu istiqamətdə ən mühüm uğurlardan biri Təcrübə-Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılmasıdır".