Azərbaycan Beynəlxalq Bankının təqaüdçüləri arasında şahmat çempionatı başa çatdı FOTO


Digərləri 08 İyn 2018 10:44:00 289 0

Azərbaycan Beynəlxalq Bankının təqaüdçüləri arasında şahmat çempionatı başa çatdı  FOTO

Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında keçirdiyi şahmat üzrə respublika çempionatı başa çatıb. Mayın 29-dan başlayaraq 5 gün davam edən çempionatda ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı iştirak edib. Çempionatda 1-ci yerə 7 xalla Həmzə İsmayılov çıxıb. O, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur.

Həmzə İsmayılov uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub: "67 yaşım var. Azərbaycan Beynəlxalq Bankının təqaüdçüsüyəm. 50 ilə yaxındır ki, şahmatla məşğulam. Çempionat çox yüksək səviyyədə təşkil edilmişdi. İlk dəfədir ki, şahmat üzrə Azərbaycan çempionu oldum. Ən böyük arzum bundan sonra veteranlar arasında dünya birinciliyində iştirakdır". Həmzə İsmayılovla yanaşı, çempionatda növbəti 7 yerin qalibi olan təqaüdçülərə də bank tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim edilib. Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank təqaüdçülərin ictimai fəallığını dəstəkləyən bu cür korporativ sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirmək niyyətindədir: "Təqaüdçülərimiz şahmat çempionatında böyük fəallıq göstərdilər. Çempionata regionlardan da iştirakçılar qatılmışdı. Çox maraqlı bir tədbir alındı. Açılış mərasimində iştirakçılarımıza bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS-xəbərdarlıq xidməti barədə maarifləndirici təqdimatlarımız oldu. Düşünürük ki, bununla təqaüdçülərimizin maliyyə savadlılığına da fayda verə bildik".

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.  


Xəbərə aid fotolar