19 il sonra vəzifəsindən gedir


İdman 08 İyn 2018 10:19:00 245 0

19 il sonra vəzifəsindən gedir

İngiltərə Premyer Liqasının (İPL) icraçı direktoru Riçard Skudamor vəzifədən gedir. 

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Skudamor 2018-ci ilin sonunda quruma 20 ilə yaxın rəhbərlikdən sonra postunu tərk edəcək. O bu vəzifəyə 1999-cu ilin noyabrında təyin olunmuşdu.

58 yaşlı mütəxəssisin işlədiyi müddət ərzində Böyük Britaniyada İPL oyunlarının televiziyalarda yayım hüququnun qiyməti 900 milyon avrodan 6,9 milyard avroya qalxıb.