Şamaxıda sərnişin mikroavtobusu aşdı:


Digərləri 08 İyn 2018 09:59:00 207 0

Şamaxıda sərnişin mikroavtobusu aşdı:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində "Ford" markalı mikroavtobus aşıb. 10 nəfərədək sərnişinin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili tibbi yardım avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.