Xaçmazda ağacları qıran sex aşkarlandı


Digərləri 08 İyn 2018 09:35:00 321 0

Xaçmazda ağacları qıran sex aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.