Qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər –


Digərləri 08 İyn 2018 09:08:00 274 0

Qəzalarda ölən insanların orqanları dərhal götürülə bilər –

Azərbaycanda qəzalar və ya təbii fəlakətlər zamanı ölmüş insanların orqan və toxumaları transplantasiya, tədris və elmi məqsədlər üçün götürülə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olman şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər.

Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).

Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.