Rusiya və ABŞ baş qərargah rəisləri böhranlı bölgələri müzakirə edəcəklər


Dünya 08 İyn 2018 08:33:00 219 0

Rusiya və ABŞ baş qərargah rəisləri böhranlı bölgələri müzakirə edəcəklər

İyunun 8-i Finlandiyanın paytaxtı Helsinkidə Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov və ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında görüş keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, görüş zamanı tərəflər böhranlı bölgələrdəki vəziyyəti və gərginliyin aradan qalxdırılması üzrə mümkün addımları müzakirə edəcəklər.