Bakıda yerüstü piyada keçidinə məhəl qoymayan kişini maşın vurub


Digərləri 08 İyn 2018 08:19:00 320 0

Bakıda yerüstü piyada keçidinə məhəl qoymayan kişini maşın vurub

Paytaxtın Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1987-ci il təvəllüdlü Tağıyev Azər Səyyad oğlu Nobel prospektində yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub.

Yaralı "təcili yardım" maşını vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.