Bakıda küçədə bıçaqlanmış qadın polislərin köməkliyi ilə xəstəxanaya çatdırılıb


Sosial 08 İyn 2018 08:07:12 319 0

Bakıda küçədə bıçaqlanmış qadın polislərin köməkliyi ilə xəstəxanaya çatdırılıb

Yaralı qadın Heydər Əliyev prospektində aşkar edilib

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1973-cü il təvəllüdlü Quliyeva Dilarə Əzizağa qızı Heydər Əliyev prospektində naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.

O, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidmət aparılan zaman aşkar edilib.

Yaralı Post Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil orta-ağır kimi qiymətləndirir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.