Bu klip sutkaya 7 milyondan çox baxış toplayıb VİDEO


Digərləri 08 İyn 2018 07:21:00 321 0

Bu klip sutkaya 7 milyondan çox baxış toplayıb  VİDEO

18 yaşlı müğənni Aleyna Tilki təəccübləndirməyə davam edir.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı "Yalnız çiçek" adlı mahnısına klip çəkib.

Rejissorluğunu özü etdiyi ekran işi "Youtube"da sutkaya 7 milyon 500 min baxış toplayıb.

Sosial şəbəkədə Aleynanın bu məharətinə müğənni Demet Akalın münasibət bildirib. O, klipi Tilkinin çəkdiyinə inanmayıb və deyib:

"Əgər bunu həqiqətən də Aleyna çəkibsə, onda ona klip çəkdirən növbəti insan mən olacam".