İftara bunları hazırlaya bilərsiniz


Digərləri 08 İyn 2018 07:00:00 254 0

İftara bunları hazırlaya bilərsiniz

Azərbaycanda Ramazan ayı davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma vacibdir. 

Son.az axşam.az-a istinadən iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:

Yayla şorbası

Tərkibi:

3 stəkan qatıq

4 stəkan su

1 ədəd yumurta

3 xörək qaşığı un

3 xörək qaşığı yumru düyü

3 xörək qaşığı kərə yağı

2 çay qaşığı narın quru nanə

Qırmızı şirin toz bibər (zəruri deyil)

Zövqə görə duz

Hazırlanması:

Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin. Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə verin. Rulet 

Tərkibi:

Süd - ¼ stəkan

Kərə yağı - 2 xörək qaşığı

Un - 100 qram

Nişasta - 40 qram