Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq


Dünya 08 İyn 2018 06:58:12 268 0

Tramp iyunun 9-da G7 sammitindən birbaş Sinqapura yollanacaq

ABŞ prezidenti sammiti qadınların hüquqlarına dair sessiyadan dərhal sonra tərk edəcək

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini şənbə günü səhər tərk edəcək və dərhal da Sinqapura yollanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə günü Ağ evin mətbuat katibi Sara Sanders deyib.

"Prezident Tramp Şarlevuada keçirilən G7 sammitini yerli vaxtla səhər saat 10:30-da (Bakı vaxtı ilə 18:30-da ), qadınların hüquq və imkanlarının genişləndirilməsinə həsr olunmuş sessiyadan sonra tərk edəcək. Prezident oradan çərşənbə axşamı Şimali Koreya lideri Kim Çen In ilə görüşmək üçün birbaş Sinqapura yola düşəcək", - deyə o əlavə edib.

Sandersin sözlərinə görə, Vaşinqtonu G7-nin qalan görüşlərində Ağ evin İqtisadi Şurasının direktor müavini Everett Eyzenstet təmsil edəcək.