"Sürdüyün bahalı maşını hansı pulla almısan?"


Şou-biznes 08 İyn 2018 00:55:00 302 0

"Sürdüyün bahalı maşını hansı pulla almısan?"

"Maşın" şounun növbəti buraxılışı qalmaqalla yadda qalıb.

Son.az musavat.com-a istinadən bildirir ki, səsverməyə müğənni Əli Mirəliyev çıxıb. Mübarizə çox sakit davam etsə də, birdən mübahisəyə çevrilib. Mirəliyev öncə hədəfini açıqlamasa da, sonra P. Abıyevanın adını çəkib. Bildirib ki, aktrisanın "Qocaların burda nə işi var?" deməsi onu acıqlandırıb. Abiyeva isə belə bir söz demədiyini biıdirib. Aytən Səfərova isə Mirəliyevin dediyini təsdiqləyib. 

Aktrisanın "Mən Mirəliyevin oxuduğunun çoxunu anlamıram" deməsi aranı qızışdırıb.